Bu gün Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) Zəngilan rayon şöbəsinin fəal üzvü Qorxmaz Nəsirovun 49 yaşı tamam olur.
Bu münasubətlə Qorxmaz Nəsirovu AVMVİB Rəhbərliyi və AVMVİB Zəngilan rayon şöbəsi Rəhbərliyi adından təbrik edir, işlərində uğurlar arzulayıram.
Qorxmaz Nəsirov 1992-1996-cı illərdə 1-ci Qarabağ müharibəsində iştirak etmiş, 2020-ci ilun iyul ayının 22 -də başlatdığımız hərəyə bir əsgər qoruyaq aksiyasında fəal iştirak etmiş heç bir tədbirdən qalmamışdır. 27 sentyabr 2020-ci ilə qədər davam edən aksiyada özünü göstərdiyi kimi 27 sentyabr əks hücum zamanı da aktiv döyüşə qatılmağa səy göstərsək də icazə verilməməsinə baxmayaraq hər gün ön xəttə əsgərlərimizin yanında olub, əsgərlərimizin isti geyim, ərzaq, siqaret, tibbi ləvazimatlar və s. çatdırılmasında yaxından iştirak etmişdir.

Oğlu ön cəbhədə Qorxmaz isə arxa cəbhədə qələbə üçün əllərindən gələnləri etdilər.
Allahdan Qorxmaz qardaşımıza can sağlığı diləyir, inşallah 50 illik yubileyini Zəngilanda coşquyla qeyd etməyi arzulayırıq.
100 yaşa, Qorxmaz bəy!
Azad Musayev
.AVMVİB Zəngilan rayon şöbəsinin sədri


