Lənkəran veteranları Ordu Gününü qeyd ediblər

Müharibə veteranları Lənkəran rayonunda 26 İyun-Azərbaycan Silahlı Qüvvələrinin yaranması günü münasibətiylə tədbir keçiriblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Lənkəran rayon şöbəsinin sədri İlham Qurbanov məlumat verib.


İlham Qurbanov bildirdi ki, tədbirdə şəhidlərin ruhu 1 dəqiqəlik sükutla anılıb və Dövlətimizin Himni səsləndirilib. 44 günlük Vətən müharibəsinin iki nəfər iştirakçısına AVMVİB -in üzvlük vəsiqəsi təqdim edildi.


AVMVİB Lənkəran şöbəsinə yaxınlığı ilə seçilən iki idmançı — Nazim Qulamov və Elnur Hacıyevə AVMVİB-nin fəxri üzvülük vəsiqəsi verilib.


AVMVİB Lənkəran şöbəsinin sədri İlham Qurbanov bildirdi ki, şöbənin fəal üzvləri AVMVİB-nin sədri Füzuli Rzaquliyevin imzasıyla Fəxri fərmanlarla təltif edildilər. Sədr müavinləri Vazeh Cabbarov, Saleh Dostiyev, özək sədrləri Elçin Əliyev, Seymur Şəmiyev, Qərib Manafov və AVMVİB üzvü Elşad Əhmədova Fəxri fərmanlar təqdim edildi.


Tədbirdə çıxış edən AVMVİB Lənkəran şöbəsinin sədri İ. Qurbanov Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında Ordumuzun qazandığı Zəfərdən və qalib ordunun Dövlət sərhədlərini bərpa etmək üçün göstərdiyi qəhrəmanlıqlardan söz açıb.


Tədbirin sonunda iştirakçılar üçün şirniyyat masası təşkil edilib.

Elnur Səlim

Bu xəbəri paylaşın: