Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi You Tube-də vətənpərvərliyin təbliğində təmənnasız xidmətləri olan Nail Kəmərlinin Birliyə fəxri üzv qəbul etməklə yanaşı, Xatirə medallarıyla da təltif edib.
261 mindən artıq izləyicisi olan «Nail Kəmərlinin kanalı» daim döyüşçüləri, qəhrəman şəhidlərimizin tanıdılmasına böyük əmək verməsiylə tanınıb.
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) sədri Füzuli Rzaquliyev Nail Kəmərlinin fəaliyyətini yüksək qiymətləndirərək, onun vətənpərvərlik mövzularına aid çəkdiyi profesional video-müsahibələri, reportajlarla yaratdığı obrazların gəncliyə qəhrəmanlıq ruhunu aşıladığını qeyd etdi. Belə istedadlı gənclərimiz daim diqqətimizdə olub və bundan sonrada olacaq. Təltif münasibətiylə Nail Kəmərlini təbrik edirəm və bu etimadı ona 80 minlik veteranlar ordusu adından etdiyimizi bir daha vurğulayıram.
Təltif mərasimində AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov iştirak edib.
Təbrik edirik!
AVMVİB Mətbuat Xidməti


