Zərdab veteranları şəhidlərimizi yad ediblər

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zərdab rayon veteranları şəhidlərimizi unutmurlar.


Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zərdab rayon şöbəsinin sədri Seyfi Həsənov məlumat verib.


AVMVİB Zərdab rayon şöbəsinin sədri Seyfi Həsənov Cənab İlham Əliyevin komandanlığı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərin mənəvi əhəmiyyətindən danışdı. Müharibə getdiyi günlərdə və bu gün də şəhidlərimizi unutmayan xeyirxah insanlara öz minnətdarlığını bildirdi.


Şəhid A. Məmmədovun məzarı ətrafında toplaşanlar şəhidlərimizin adını ucatutmağın vacibliyini dilə gətirdilər. Onlar milli qürurumuzu dirçəltmək uğrunda, torpaqlarımız uğrunda canlarından keçmələri qeyd olunub.


Tədbirdə veteranlarla yanaşı, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri də iştirak ediblər.

Allah şəhidlərimizə rəhmət eləsin!


Nurlan Məmmədli

Bu xəbəri paylaşın: