Tarif Şurası tərəfindən bu gün verilən qərarla təbii qazın tarifləri dəyişdirilib.
İllik istehlak həcminin 1200 m3-dək (1200 m3 daxil) olan hissəsi üçün tarif dəyişdirilməmiş və hazırkı (1 kub metr üçün 10 qəpik) səviyyədə saxlanılıb. Daha əvvəl isə illik 2200 m3-dək qaz istehlakı üzrə tarif 1 kub metr üçün 10 qəpik səviyyəsində idi.
Yəni, daha əvvəl əhali 2200 m3-dək qaz istehlakında hər m3 üçün tarif 10 qəpik ödəyirdisə, indi bu limit 1200 m3-ə endirilib.
İstehlak edilən qazın 1200 — 2500 m3 (2500 m3 daxil) olan hissəsi üçün 1 kub metr üçün 20 qəpik, 2500 m3-dən çox olan hissəsi üçün isə 25 qəpik müəyyənləşdirilib.
Daha əvvəl isə təbii qazın illik istehlak həcminin 2200 m3-dən çox olan hissəsi üçün tarif 20 qəpik müəyyən olunmuşdu.
P.S. Niyə qazın maya dəyəri bu xalqa elan olunmur?
