Taliban yaraqlıları marşal Dustumu yaraladı

Əfqanıstan prezidentinin müavini marşal Abdul Rəşid Dustum yaralanıb.

Onun Talibanla Cövzcan vilayətində döyüş zamanı yaralandığı bildirilib.

Qeyd edək ki, Dustum özbək əsilli hərbi-siyasi xadimdir. O, Əfqanıstanın ən nüfuzlu şəxslərindən biri sayılır.

Dustum 80-ci illərdən etibarən Əfqanıstandakı güc balansında əvəzedilməz rol oynayır.

Mənbə: Axar.az

Bu xəbəri paylaşın: