Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zəngilan rayon şöbəsinin üzvləri dostumuzun dəvətiylə 2-ci Fəxri Xiyabanda 44 günlük Vətən müharibəsi şəhidi Tabor komandiri mayor Rəhim Hüseynovun doğum günü tədbrində iştirak etdik.
Şəhidin məzarına əklil qoyduq və tər çiçəklər düzdük. Tədbirdə şəhidin ailə üzvləri, döyüş yoldaşları, əsgərləri və ictimaiyət nümayəndələri iştirak edirdi. Tədbiri giriş sözüynən açan Müdafiə Nazirliyinin nümayəndəsi, şəhidin döyüş yolu haqqında danışdıqdan sonra sözü 1-ci Qarabağ müharibəsi zamanı yaralanaraq, 1-ci qrup müharibə əlili, ilahiyyətçi alim Hacı Həsənə verdi.
Hacı Həsən Quran ayələri oxuyaraq, şəhidlərimizin ruhuna dualar etdi.
Sonra uşaqlar mahnı oxudu və şerlər söylədilər. Allah bütün şəhidlərimizə rəhmət eləsin.
Tədbirdən sonra dostumuz şəhidlərin əziz xatirəsinə ehsan süfrəsi açdırdı və üzvlərimiz mərasimdə iştirak etdilər.
Tədbirdə iştirak edən bütün üzvlərimizə təşəkkür edirik.
Azad Musayev
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zəngilan rayon şöbəsinin sədri






