Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyinin təmsilçiləri çox saylı müharibə əlillərinin narazılığını və müraciətlərini nəzərə alaraq qeyri qənaətbəxş saydıqları Qanun layihəsiylə bağlı görüşlərini davam etdirir.
AVMVİB sədri Füzuli Rzaquliyevin başçılığı ilə AVMVİB sədrinin I müavini Kamil Şirinov və AVMVİB sədrinin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Musa Quliyevlə görüşüblər.
AVMVİB Rəhbərliyi müharibə əlillərinin haqlı irad və təklifini komitə sədrinin diqqətinə çatdırıblar. Həmçinin bu ölkədə bütün dünyada baş verən «avtoqəzalarla bağlı ayrıca qanunlar» olsa da, Vətən müharibəsi ilə bağlı 1 dənə də Qanunun olmamasının çox müəmmalı olmasını səsləndiriblər.
Milli Məclisin Əmək və Sosial siyasət komitəsinin sədri Musa Quliyev yeni Qanun haqqında məlumat verib.
O, bildirib ki, qanunlara dəyişikliklər 2018-ci ildə qəbul edilən “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanunun və onun tətbiqi ilə bağlı Azərbaycan Prezidentinin fərmanının icrası ilə əlaqədardır.
Komitə sədri bildirib ki, Azərbaycan Respublikasının Prezidenti tərəfindən qanunvericilik təşəbbüsü qaydasında Milli Məclisə təqdim olunan bu qanun layihələri həm də “Əlilliyin müəyyən olunması meyarları” sahəsində ÜST-nin müəyyənləşdirdiyi standartların implementasiyasını nəzərdə tutur.
Elnur Səlim