Azərbaycan Vətən Müharibəsi Veteranları Ictimai Birliyi (AVMVİB) rəhbərliyi, Fədai.az kollektivi və Azərbaycan Vətən Müharibəsi Veteranları Ictimai Birliyinin sədr müavini, polkovnik Salman Musayev, Müharibə Veteranı, ehtiyyatda olan mayor Cəniyev Qurbanxan Xanuş oğlunu, doğum günü münasibəti ilə səmimi qəlbdən təbrik edir, həyatda insan üçün ən şirin nemət olan möhkəm can sağlığı və həyat yollarında bitib-tükənməyən nəaliyyətlər arzulayır.
Qoy yaşının üstə gələn bu yaş ona sevinc dolu günlər bəxş etsin.
Ehtiyyatda olan mayor Cəniyev Qurbanxan Xanuş oğlu 03.07.1960 — cı il tarixdə Salyan rayonunun Xalaş qəsəbəsində anadan olub. O 1977-ci ildə orta məktəbi , 1982-ci ildə isə Politexnik Universitetini bitirib.
Cəniyev Qurbanxan Xanuş oğlu 1982-1991-cı illərdə SSRİ Müdafiə Nazirliyinin Pvoijski Hərbi dairəsində yerləşən hərbi hissəsində, bölük komandirinin texniki hissə üzrə müavini və bölük komandiri vəzifəsində xidmət edib.
Müharibə Veteran Q. Cəniyev 1992- 2000 – ci illərdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunların Baş İdarəsinin Binəqədi, Nərimanov, Xətai, Ağdam və Füzuli rayonlarında yerləşən hərbi hissələrdə bölük komandiri, tabor komandirinin müavini, Qərərgah rəisi, tabor komandiri, hərbi hissənin qərərgah rəisinin müavini, DQBİ-nin döyüş hazırlığı şöbəsində isə baş zabit vəzifələrində xidmət edib.
Ehtiyyatda olan mayor Cəniyev Qurbanxan Xanuş oğlu Azərbaycanın ərazi bütövlüyü uğrunda Ağdam və Füzuli rayonları istiqamətində gedən döyüşlərdə iştirak edib. Müharibə veteranıdır.
O, peşəkarlığı, humanistliyi və səmərəliyi ilə seçilən ən məhsuldar ömrünün 37 ilini — şərəfli xidmət yolunun 18 ilini hərbi xidmətdə,19 ilini isə Peşə liseyində keçirmişdir.
Ehtiyyatda olan mayor Cəniyev Qurbanxan Xanuş oğlu Dövlətə, Xalqa sədaqətlə xidmət etmişdir. O Daxili Qoşunların hərbi hissələrində xidmət edərkən səmərəli fəaliyyəti ilə, işgüzarlıq və mənəvi keyfiyyəti ilə, təşkilatçılıq bacarığı ilə, nəzəri və praktiki biliyi ilə Daxili Qoşunların Komandanlığının daimi diqqət mərkəzində olmuşdur.
Mayor Cəniyev Qurbanxan Xanuş oğlu Daxili Qoşunlara və xidmət etdiyi hərbi hissəyə həvalə etdilmiş vəzifələrin yerinə yetirilməsində, cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunmasında, ictimai təhlükəsizliyin təmin edilməsində, Azərbaycanın ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə üzərinə düşən vəzifələrin layiqincə yerinə yetirilməsinə məsuliyyətlə yanaşıb.
Onun səmərəli və məqsədyönlü fəaliyyəti həmişə Daxili İşlər Nazirliyi və Daxili Qoşunların Komandanlığı tərəfindən yüksək qiymətləndirildiyinə görə Daxili İşlər Nazirinin və Daxili Qoşunlar Komandanının müvafiq əmirləri ilə, Xidmətdə fərqləndiyinə görə müvafiq medallarla və “Fəxri Fərmanla” mükafatlandırılıb. Hal-hazırda O, Təhsil Nazirliyinin Peşə Liseyində direktor müavini vəzifəsində çalışır.
Dərin hörmətlə,
Azərbaycan Vətən Müharibəsi Veteranlar İctimai Birliyinin sədr müavini, polkovnik Salman Musayev






