AVMVİB şöbə sədrlərini təltif edib

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB)  Rəhbərliyi göstərdikləri fəaliyyətə görə AVMVİB Lənkəran və Qusar rayon şöbələrinin sədrlərini Fəxri fərmanla təltif edib.

Rayon şöbə sədrlərini bu münasibətlə təbrik edən AVMVİB sədri Füzuli Rzaquliyev, bildirib ki, rayon şöbə sədrləri bundan sonra daha fəal olmalıdırlar. Çünki cəbhədən geri dönmüş gənc döyüşçülərin biz veteranlara ehtiyacları var. Onların problemlərinin həllində onlara dəstək olmalıyıq. Həm Lənkəran, həm də Qusar rayon şöbələrimiz bu istiqamətdə işlərini düzgün qurublar. Bu da AVMVİB Lənkəran rayon şöbəsinin sədri İlham Qurbanovun və AVMVİB Qusar rayon şöbəsinin sədri Qumral Laçınovun öz işlərini düzgün qurmalarının nəticəsində alınıb.

Hər iki rayon şöbəsinin sədrini təbrik edirik!

Elnur Səlim

Bu xəbəri paylaşın: