Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Balakən rayon şöbəsinin üzvləri şəhidlərimizin doğum gününü qeyd ediblər.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Balakən rayon şöbəsinin sədri Aydın Abdullayev məlumat verib.
Aydın Abdullayev bildirib ki, 44 günlük Vətən müharibəsində şəhid olmuş Vüsal Şəmsəddin oğlu Omarov və Elmar Elçin oğlu Məmmədovun doğum günləri məzarları başında qeyd olunub. Şəhidlərimizin məzarları üzərinə güllər qoyulub və dualar edilib.
Mərasimdə müharibə veteranları ilə yanaşı ictimaiyyət nümayəndələri də iştirak ediblər.
Məkanları cənnət olsun!
Bu xəbəri paylaşın:
