Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Balakən rayon şöbəsinin üzvləri şəhidlərimizin əziz xatirələrini unutmurlar.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Balakən rayon şöbəsinin sədri Aydın Abdullayevin rəhbərliyi ilə şəhid baş leytenant Alqayev Harun Məhəmməd oğlunun xatirəsinə həsr edilmiş xatirə bulağının təməl qoyma mərasimi keçirilib.
«Azərbaycan Bayrağı» ordenli Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Balakən rayon şöbəsinin üzvləri şəhidlərimizin doğum gününü qeyd ediblər.
Mərasimdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Balakən rayon şöbəsinin sədri Aydın Abdullayev başda olmaqla Vətən müharibəsi iştirakçıları və Balakən İctimai Nəzarət Koalisyasının üzvləri də iştirak ediblər.
Bu barədə məlumatı sosial şəbəkədə müharibə veteranı Vaqif Hümbətov yayıb.
Allah şəhidlərə rəhmət eləsin!
Elnur Səlim
