NASA-nın Beynəlxalq Kosmik Stansiyasının (BKS) canlı yayımında olan görüntülər müzakirələrə səbəb olub.
Diqqət çəkən görüntüdə ən azı 10 naməlum obyekt hərəkət edir.
Yer planetindən başqa digər qalaktikalarda yaşamın olub-olmaması hələ də gündəmdə qalan məsələlərdəndir. Lakin hələ kainatda tək olmadığımız haqqında heç bir rəsmi fakt yoxdur. Ancaq NASA-nın canlı yayımında görünən yad cisimlər yenidən bu mövzunu gündəmə gətirib.
ABŞ isə son həftələrdə dünyanın səbirsizliklə gözlədiyi UFO-lar haqqında hesabatını yayımlayıb. Hesabatı hazırlamaq üçün ABŞ Müdafiə Nazirliyi (Pentaqon), Donanma pilotları tərəfindən 20 il ərzində bildirilən 140-dan çox məlumatı araşdırıb.
Məlumata görə, Amerika kəşfiyyatı səlahiyyətliləri Donanma pilotlarının gördüyü cisimlərin yadplanetlilər olduğuna inanmırlar. Ancaq bu uçan cisimlərin də nə olduğunu izah edə bilmirlər.
Mənbə: Eurasia Diary

