«Narahatedici və kədərli həqiqətimiz: Ermənistan əhalisinin 76 faizi QARABAĞ məsələsini özlərinə yük hesab edir».
Ermənistanın tanınmış «Fakt» qəzeti bu başlıqla məqalə yayınlayıb.
«Fakt» qəzetinin verdiyi məlumata görə, Philip Morris İnternational-ın PMİ Elmi Tədqiqat Mərkəzində keçirilən müzakirə zamanı «Ermənistan-2041» Vəqfi — yuxarıdakı sorğunun nəticələrini elan edərək təəssüflə bildirib ki, 44 günlük müharibədən sonra QARABAĞ məsələsinə cəmiyyətimizdə belə yanaşma göstərən çox saylı insanlar var.
İSMAYIL TANRIVERDİ
BDU-nun Erməni araşdırmaları və Təlim Mərkəzinin direktoru
Bu xəbəri paylaşın:
