AVMVİB İdarə Heyətinin qərarı necə yerinə yetirilir?

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İdarə Heyətinin qərarını yerinə yetirməyən rayon şöbələri haqqında ciddi ölçü götürüləcək.


Bu sözləri Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İdarə Heyətinin üzvü, sədrin təşkilati işlər üzrə müavini Vahid Abdurəhmanov deyib.

O, bildirib ki, İdarə Heyətinin qəbul etdiyi qərarları yerinə yetirmək hamımız üçün məcburi sayılır. Bu istiqamətdə yetərincə işlər görmüşük. Ümumiyyətlə, gələcəkdə qərarların icra etməyənlərlə vidalaşmağı planlaşdırırıq. İctimai fəaliyyətimizin istiqamətlərini İdarə Heyətinin qərarları formalaşdırır. Biz verdiyimiz qərarların icrasını daim diqqətdə saxlayırıq. Kimsəni də zorla sıralarımızda saxlamaq niyyətində deyilik.


Həqiqətən də AVMVİB Rəhbərliyi bu qərarın yerinə yetirilməsində israrlı görünür. Çünki belə qərarlar adətən təşkilatı bağları daha da sıxlaşdırır və məsuliyyəti artırır.


Bir Amerika deyimi var: «Prezident də olsan, işıq pulu verməlisən!»

Amma biz artıq 4 ildir ki, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) İdarə Heyətinin qəbul etdiyi qərarı rayon şöbələrimizə yerinə yetirdə bilməməkdəyik. Bəziləri iddia edirlər ki, xəbərləri yoxdur, bəzilərinin vaxtı və bəzilərinin isə imkanı çatmır. Hər üç halda sədrlərin yerində olmaması görünməkdədir. Xəbərləri olmayan sədrlərin Birliklə əlaqələrinin zəif olması, imkanı bəhanə edənlərin öz fəaliyyətlərini qura bilməmələri və vaxtı olmayanların isə tamam özgə işlərlə məşğul olmalarını izləməkdəyik. Bizim «çətirimiz» altda öz «dəyirmanlarını işlətməyə çalışırlar».


44 günlük Vətən müharibəsi bir çox sahələrdə olduğu kimi Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) həyatında da dəyişikliklər edib. Sıralarımıza gənc və enerjili üzvlərin axını baş verib. AVMVİB İdarə Heyəti bu bir çox şöbələrdə ətalətə son verməyə qərarlıdır. Bu sadə və asan «10 manatlıq» tapşırığın öhdəsindən gələ bilməyən sədr və elə şöbə bizə lazımdırmı? Əlbəttə lazım deyil. Devizimiz, «ya işləməlisiniz, ya da işləməlisiniz» olub. Çünki illərdir ki, müharibə veteranları öz dəmir iradələri və Birliyin qərarlarını diqqətlə yerinə yetirən şöbə sədrlərimizin və üzvlərimizin hesabına ayaqda qala bilib. Təkcə 44 günlük müharibə günlərində bu Birlik «Orduya dəstək» kampaniyası çərçivəsində yüz minlərlə manatlıq yardım təşkil edərək ön cəbhəyə çatdırdı.

AVMVİB İH-nin bu qərarı məcburidir və hər kəs bu qərarı yerinə yetirməyə borcludur. İndidən tədbirinizi görün.


Fedai.az və Veteran.az saytları AVMVİB Rəhbərliyi və AVMVİB Mətbuat Xidməti ilə birgə 2020-ci ilin yekunlarına görə 5 nominasiya üzrə diplomlar hazırlayıb və qaliblərə təqdim edəcək. Bu il də yekun nəticələrə görə anoloji iş davam etdiriləcək. Amma bu işlərdən kənarda qalıb «başının milçəyini qoruyanlar» da bir daha öz fəaliyyətlərini təftiş etməlidirlər.


1. Saytla daim əlaqələr qurduğuna və fəal münasibətlər saxladığına görə
2. Bölgədə veteranlarımızın probleminin həllində göstərdikləri xidmətlərə görə
3. Hərbi-vətənpərvərlik tədbirlərinin təşkilinə görə
4. AVMVİB-nin «Orduya dəstək» aksiyasında fəal iştirakına görə
5. İdarə Heyətinin qərarlarını vaxtında həyata keçirdiyinə görə.


Xatırladaq ki, AVMVİB-nin 75 rayon şöbəsi var. Ötən il üçün AVMVİB İH-nin qərarını yerinə yetirmiş rayon şöbələri və ictimai fəallar saytlar tərəfindən müəyyən olunmuş nominasiyalar üzrə diplomlarla təltif olunmasını planlaşdırılır.


Bu günədək olan statistik cədvəli diqqətinizə çatdırırıq:

  1. AVMVİB Xocavənd rayon şöbəsi — 125,0%
  2. AVMVİB Nərimanov rayon şöbəsi — 100,0%
  3. AVMVİB Xankəndi rayon şöbəsi — 100,0%
  4. AVMVİB Dəmir Yolu şöbəsi — 100,0%
  5. AVMVİB Zərdab rayon şöbəsi — 75,0%
  6. AVMVİB Nəsimi rayon şöbəsi — 66,6%
  7. AVMVİB Tovuz rayon şöbəsi — 58,3%
  8. AVMVİB Ağstafa rayon şöbəsi — 50,0%
  9. AVMVİB Sumqayıt şəhər şöbəsi — 50,0%
  10. AVMVİB Saatlı rayon şöbəsi — 41,6,%
  11. AVMVİB Mingəçevir şəhər şöbəsi — 41,6%
  12. AVMVİB Suraxanı rayon şöbəsi — 41,6%
  13. AVMVİB Bərdə rayon şöbəsi — 41,6%
  14. AVMVİB Ağdaş rayon şöbəsi — 41,6%
  15. AVMVİB Şirvan şəhər şöbəsi — 41,6%
  16. AVMVİB Qubadlı rayon şöbəsi — 33,3%
  17. AVMVİB Gəncə şəhər şöbəsi—33,3%
  18. AVMVİB Çilov şöbəsi — 33,3%
  19. AVMVİB Yasamal rayon şöbəsi — 33,3%
  20. AVMVİB Balakən rayon şöbəsi — 33,3%
  21. AVMVİB Laçın rayon şöbəsi — 33,3%
  22. AVMVİB Xəzər rayon şöbəsi — 33,3%
  23. AVMVİB Qazax rayon şöbəsi — 25,0%
  24. AVMVİB Şəmkir rayon şöbəsi — 25,0%
  25. AVMVİB İmişli rayon şöbəsi — 25,0%
  26. AVMVİB Binəqədi rayon şöbəsi — 25,0%
  27. AVMVİB Lənkəran rayon şöbəsi — 16,6%
  28. AVMVİB Ucar rayon şöbəsi — 16,6%28.
  29. AVMVİB Sabirabad rayon şöbəsi — 16,6%
  30. AVMVİB Kürdəmir rayon şöbəsi — 16,6%
  31. AVMVİB Sabunçu rayon şöbəsi — 8,3%
  32. AVMVİB Biləsuvar rayon şöbəsi — 8,3%
  33. AVMVİB Cəbrayıl rayon şöbəsi — 8,3%
  34. AVMVİB Zəngilan rayon şöbəsi — 8,3%
  35. AVMVİB İsmayıllı rayon şöbəsi — 8,3%
  36. AVMVİB Göygöl rayon şöbəsi — 8,3%

Yerdə qalan şöbələrimiz: 0,00%

P.S. İki köçürmənin sahibləri bilinmədiyi üçün qeydə alınmayıb. Köçürmə edərkən məlumat vermənizi rica edirik.

AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: