Aİ Komissiyası Şurasının Prezidenti Şarl Mişel Azərbaycanda səfərdədir

Avropa İttifaqı Komissiyası Şurasının Prezidenti Şarl Mişel Azərbaycanda səfərdədir.
 
Aİ Komissiyası Şurasının Prezidenti Şarl Mişel Şəhidlər Xiyabanını ziyarət edib, abidə kompleksi önünə əkil qoyub. O, buradan Bakının mənzərəsini də seyr edib.
 
Qeyd edək ki, Aİ Şurasının Prezidenti Şarl Mişel Cənubi Qafqaz regionuna səfərdədir. O, iyulun 16-17 Ermənistanda səfərdə olub, Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan və Prezident Armen Sarkisyanla görüşüb.

Erməni mətbuatının verdiyi xəbərə görə, Mişel Ermənistan Baş naziri Nikol Paşinyanla görüşü zamanı Ermənistana 2,6 milyard avroluq yardım paketinin ayrılacağını təsdiqləyib.

Qeyd edək ki, bu addımı rus ekspertlər Avropanın Ermənistanı yeni «Marşal planı» ilə ələ alması və Paşinyanın Putinə qarşı xəyanəti kimi şərh ediblər.

Xatırladaq ki, Aİ Azərbaycana cəmi 150 milyon avroluq yardım nəzərdə tutub. Halbuki ən çox ziyan Azərbaycana dəyib. 30 illik işğal dövründə Ermənistanın həmin əraziləri tamamilə dağıdıb və talan etdiyini Avropa İttifaqında yaxşı bilirlər. Həmin ərazilərin bərpasına isə on milyardlarla avro vəsait tələb olunur. Bu fakt bir daha Avropanın ikili standartlara sadiqolduğunu göstərir. Dağıntılara məruz qalan ölkənin Azərbaycan olmasını görməzdən gələn Avropa 30 il ərzindəki işğala daim göz yumub və ədalətsiz qərarlar qəbul edib.

Bu gün isə o, Bakıda Azərbaycan Prezidenti İlham Əliyevlə görüşəcək.

Bu xəbəri paylaşın: