Azərbaycan jurnalistikasına ağır itki

Jurnalist, Qarabağ uğrunda xalq hərəkatının fəal iştirakçısı Tahir Abbaslı uzun sürən xəstəlikdən sonra iyulun 18-də, 73 yaşında dünyasını dəyişib.

Bu barədə Mətbuat Şurasının Ahıl Jurnalistlər Məclisinin üzvü Tahir Aydınoğlu bildirib.

Mərhum T. Abbaslı BDU-nun Jurnalistika fakültəsini bitirib, Az TV-də baş redaktor, «Mədəniyyət» qəzetində baş redaktor müavini vəzifələrində çalışıb.

Hçinin Tahir Abbaslı AVMVİB-nin «Veteran» qəzetinin (1996-1997-ci illərdə) baş redaktoru işləyib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi və Veteran.az saytının kollektivi mərhumun vəfatından kədərləndiklərini bildirir və mərhumun yaxınlarına dərin hüznlə başsağlığı verirlər.


Allah rəhmət eləsin!

Nurlan Məmmədli

Bu xəbəri paylaşın: