AVMVİB Sumqayıt şəhər şöbəsi qazilər arasında yarışda iştirak edib

ƏƏSMN Sumqayıt şəhər Əlillərin Reablitasiya Mərkəzində müalicə alan Vətən Müharibəsi qaziləri arasında Qurban Bayramına həsr olunmuş stolüstü oyunlar üzrə (şahmat, dama, nərd, domino və stolüstü tennis) yarış keçirilib.


Yarışların açılış mərasimində ƏƏSMN Dövlət Tibbi-Ekspertiza və Reablitasiya Agentliyinin rəhbərliyi, Əlillərin Reablitasiya Mərkəzinin rəhbərliyi Sumqayıt şəhər İdman və gənclər İdarəsi və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sumqayıt şəhər şöbəsi rəhbərliyi iştirak ediblər.

Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Sumqayıt şəhər şöbəsinin sədri Timuraz Mansurov məlumat verərək bildirdi ki, mərasimin açılışıda sədrimiz Füzuli Rzaquliyevin adından qazilərimizi təbrik etdim. Yarışlar bitdikdən sonra qaliblər mükafatlandırıldı. AVMVİB Sumqayıt şəhər şöbəsinin tədbirdə fəal iştirakına görə təşkilatçılar öz təşəkkürlərini bildirdilər. Həmçinin şəhər şöbəsi adından müharibə əlilləri və veteranlarına göstərdikləri diqqət və qayğıya görə, Sumqayıt şəhər Əlillərin Reablitasiya Mərkəzinin direktoru Pərvanə Hacıyeva və Mərkəzin Stasionar şöbəsinin müdiri Səbinə Nurullayevanı Fəxri Fərmanla təltif etdik.

Elnur Səlim

Bu xəbəri paylaşın: