Ermənilər də açıq muzey yaratdılar və leşlərin sayının 7500-ə çatdığını deyirlər

İrəvanda da açıq havada müharibə muzeyi yaradılıb. 44 günlük müharibəni əks etdirən bu muzeyi Birinci Qarabağ müharibəsində quldurluq edən keçmiş əsgərlər yaradıblar. Burda hətta «Bayraktar» və s. silah-sursat qalıqları toplanıb.


Azadlıq Radiosunun erməni xidmətinin reportajında diqqətimizi çəkən bir məqam burada hələ də leşi ailələrinə verilməyən 7500 erməni əsgərinin fotolarının toplanması faktı oldu. Ermənistan hökuməti isə itkilərin 4 min civarında olduğunu rəsmən elan edib. Fedai.az Araşdırma Qrupu isə öz araşdırmalarıyla bu rəqəmin 12750 nəfər və daha çox olduğunu təsdiqləyib.


Müxbir deyir: «Analar bura gələndə bilmirlər gül qoysunlar, yoxsa şam yandırsınlar».

Elnur Səlim


Azadlıq Radiosunun erməni xidmətinin reportajını sizlərə təqdim edirik:

Bu xəbəri paylaşın: