20 iyul Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin görüşü zamanı müzakirə ediləcək əsas mövzular açıqlanıb.
Kremlin bu görüş barədə rəsmi məlumat yayıb.
Məlumata görə, görüşdə diqqət Rusiya-Azərbaycan münasibətlərindəki strateji əməkdaşlığın əsas istiqamətləri kimi ticarət-investisiya və humanitar əməkdaşlıq istiqamətində müzakirələrin aparılmasına yönələcək.
Görüş çərçivəsində aktual regional problemlər barədə fikir mübadiləsi aparılacaq.
Rusiya, Azərbaycan və Ermənistan liderlərinin Qarabağla bağlı doqquz noyabr 2020-ci il və 11 yanvar 2021-ci il tarixli razılaşmanın icrası da əsas müzakirə mözularından olacaq.
Bu xəbəri paylaşın: