Türkiyə zenit pulemyotunu istehsal edən 5 ölkədən biridir

Canik markası ilə dünyanın qabaqcıl yüngül silah istehsalçılarından olan Samsu Yurd Müdafiə şirkəti milli hava zenit qurğusu M2 ağır pulemyotunu ilk dəfə olaraq təqdim edib.

Qalanews bu barədə TSK-ya istinadən xəbər verir.

SYS rəhbəri Utku Aral «Milli zenit silahımız ilk dəfə stenddə təqdim olunacaq.Biz gördüyümüz işlə qürur duyuruq.

Canik Smart və Canik APP İDEF 21 hərbi sərgisində istehlakçılara təqdim olunacaq.

Avqustun 17-20 si arası keçiriləcək hərbi sərgidə, M 2 zenit pulemyotu ilk dəfə rəsmi şəkildə nümayiş etdiriləcək.


Zenit pulemyotunun çapı 12.7 mm-dir.

Dünyada bu tip zenit pulemyotunu cəmi 4 ölkə istehsal edə bilib.Türkiyə bu sırada 5-ci ölkədir.

Zenit pulemyotu, zirehli avtomobilləri, transpartyorları, yüngül zirehli döyüş maınlarını, düşmənin canlı qüvvəsini və döyüş vasitələrini, müdafiə tikililərini və daldalanacaqlarını, həmçinin alçaqdan uçan təyyarə və helikopterləri məhv etmək üçün nəzərdə tutulub.

Bu xəbəri paylaşın: