Amerikalı hüquqşünas və siyasətçi, demokrat, ermənipərəst Frenk Pallonenin Azərbaycana maliyyə yardımının dayandırılması ilə bağlı təklifini Konqres zalında təqdim edib.
Bu barədə Palloun özünün “Twitter” hesabında paylaşım edib.
Çıxışında konqresmen Palloun düzəlişini (#PalloneAmendment) təqdim edib. O, Ermənistan üçün “Qarabağdakı minalardan təmizləmə proqramı»na 2 milyon dollar yardım göstərilməsinin vacibliyini qeyd edib.
Həmçinin düzəlişdə ABŞ-ın Azərbaycana hərbi yardımını nəzərdə tutan 907-ci düzəlişə yenidən baxılması təklif olunub.
Qeyd edək ki, 907-ci düzəliş ilk dəfə Senator Con Makkeyn tərəfindən təklif edilib, ancaq qəbul olunmayıb. Bundan sonra, yenidən, Senator Con Kerrinin və erməni lobbi təşkilatlarının dəstəyi ilə konqressmen Ueyn Ouens tərəfindən Konqresdə irəli sürülüb. Senator Riçard Luqar düzəlişin qəbul edilməsinin əleyhinə çıxış edib. Buna baxmayaraq, düzəliş, erməni lobbi təşkilatlarının güclü təzyiqi nəticəsində 1992-ci ilin oktyabrın 24-də Konqres tərəfindən qəbul edilib.
Lakin ABŞ prezidenti Cozef Bayden Azərbaycana hərbi yardımın göstərilməsinə icazə verib. Belə ki, ABŞ lideri bu ilin may ayında Konqresi “Azadlığa Dəstək Aktı”na 907-ci düzəlişin dayandırılması müddətinin uzadıldığı barədə məlumatlandırıb.
Erməni KİV-ləri (Ru Armradio.am) isə Frenk Pallonenin Azərbaycana maliyyə yardımının dayandırılması ilə bağlı təklifinin artıq qəbul olunmasını iddia edirlər. Bəzi erməni saytları isə dəfələrlə belə bir informasiya yayınlayıblar: «ABŞ-dakı erməni lobbisi, Konstitusiyada ABŞ-ın Dağlıq Qarabağı dəstəkləyəcəyinə dair bir düzəliş əlavə edib». Bu növbəti erməni yalanıdırmı, yoxsa ABŞ-ın növbəti riyakarlığıdırmı?..