Təhsil naziri sualları cavablandıracaq

Təhsil naziri Emin Əmrullayev 4 avqust saat 16:00-da «Facebook» səhifəsi üzərindən 2020-2021-ci tədris ilində keçirilmiş müəllimlərin işə qəbulu imtahanları ilə bağlı sualları cavablandıracaq.


Bu barədə nazir sosial şəbəkə paylaşımında məlumat verib. O bildirib ki, suallar  3 avqust saat 17:00-dək bu paylaşımın rəy bölməsində qeyd edilə bilər.


Canlı yayımda müsabiqəyə çıxarılan vakant yerlər, MİQ imtahanında istifadə edilən suallar, növbəti ildə tətbiq olunacaq yeniliklərlə bağlı suallar cavablandırılacaq.

Bu xəbəri paylaşın:
  • 207
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •  
  •