AVMVİB sədrinin I müavini koronavirusa yoluxub

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) sədrinin I müavini Kamil Şirinov da koronovirus (COVİD — 19) infeksiyasına yoluxub.


Hazırda həkim nəzarətində xəstəxanadadır. Dualarınızı əskik etməyin.


Kamil Şirinov fəal ictimaiyyətçi olduğu üçün bütün tədbir və mərasiimlərdə iştirak edib. Həm Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB), həm də Abşeron Bələdiyyəsinin təmsilçisi kimi daim öndə olub.


Qazimizə Allahdan şəfalar diləyir və tezliklə sıralarımıza qayıdacağı günü gözləyirik.


Allah şəfa versin! Dualarımız sizinlədir.


AVMVİB Mətbuat Xidməti

Bu xəbəri paylaşın: