Baş Prokuror deputatın toxunulmazlığına xitam verilməsi üçün təqdimat verdi

Baş Prokuror Kamran Əliyev Milli Məclisin deputatı Eldəniz Səlimovun toxunulmazlığına xitam verilməsi üçün Milli Məclisə təqdimat verib.

Fedai.az APA-ya istinadən xəbər verir ki, təqdimat artıq Milli Məclisə daxil olub.

Milli Məclisin Daxili Nizamnaməsinə əsasən, təqdimata parlament onun daxil olduğu vaxtdan 7 gün müddətində baxmalıdır.

Bu xəbəri paylaşın: