Xanbabayev sürücüsünü, Milli Məclis isə deputatını «itirib»

Xəbər verdiyimiz kimi, İyulun 29-da Xaçmaz rayonunda deputat Eldəniz Səlimovun polisi döyərək xəsarət yetirməsi faktı təsdiqlənib.

İnsident iyulun 29-da gecə 12-dən sonra Xaçmaz rayonunun Nabran qəsəbəsi ərazisində, deputat Eldəniz Səlimovun qohumuna məxsus iaşə obyektində qeydə alınıb:

«Eldəniz Səlimov karantin rejimi qaydalarına uyğun olaraq obyektin bağlanmasını tələb edən polis əməkdaşlarına etiraz edərək münaqişə yaradıb. Bu fakt üzrə tərəfimizdən araşdırma aparılıb və materiallar araşdırılması üçün Baş Prokurorluğunun İstintaq İdarəsinə göndərilib».

Kimdir Eldəniz Səlimov?

2014–2015-ci illərdə Xaçmaz rayon icra başçısının inzibati ərazi dairəsi üzrə nümayəndəsi vəzifəsində işləyən Eldəniz Səlimov 2010-cu il noyabrın 7-də baş tutan Azərbaycan Milli Məclisinə IV çağırış seçimlərə qatılıb. 55 saylı Xaçmaz şəhər dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Eldəniz Səlimov, səsvermədə qalib gələrək, Milli Məclisə üzv seçilib. O, 2010–2015-ci illərdə Milli Məclisin Aqrar siyasət Komitəsinin üzvü vəzifəsində çalışıb. Eldəniz Səlimov, həm də, Avstraliya, Yeni Zelandiya, Belarus, BƏƏ, Çin, İtaliya, Qazaxıstan və Lüкsemburq parlamentlərarası əlaqələr üzrə işçi qruplarınında üzvü olub.

Yəni iki çağırış deputat olan bu adamı axır ki, hamı tanıdı. Özü də E. Səlimov Akademik Ramiz Mehdiyevin kürəkəni İlham Əliyevlə yaxın dost olduğu deyilir.

Akademik Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev polisi döydüyünə görə gündəmə gələn deputat Eldəniz Səlimovla bağlı danışmaq istəməyib. Bununla bağlı XAçmazın sabiq deputatı İlham Əliyev Demokrat.az-ın sualına cavab verməkdən imtina edib.

Qeyd edək ki, Ramiz Mehdiyevin kürəkəni İlham Əliyev də Xaçmazın deputatı olub.  

Bu gün isə Azərbaycanda polisi döyməsi ilə cəmiyyətin kəskin qınağına tuş gələn deputat Eldəniz Səlimov telefonlarını söndürərək yoxa çıxıb. Artıq bir neçə gündür ki, onunla əlaqə saxlamaq mümkün deyil. Hətta deputat həmkarları da Eldəniz Səlimovdan xəbər tuta bilmirlər.

Qalmaqallı deputatın hazırda harada olması heç kimə məlum deyil.

Ölkə gündəmini silkələyən olay barədə danışan Milli Məclis üzvü Azər Badamov da E.Səlimovu tapa bilmir.

“Telefonu bağlı olduğu üçün əlaqə saxlaya bilməmişəm. Harada olduğu haqqında heç bir məlumat yoxdur”.

İnterpress yazır ki, əlaqə saxladığımız digər parlamentarilər də Eldəniz Səlimovun yerini bilmədiklərini söyləyiblər.

Beləcə Xanbabayev sürücüsünü, Milli Məclis isə deputatını «itirib» tapa bilmir…

Elnur Səlim

Bu xəbəri paylaşın: