Şəhid Ailələrinə “Qayğı” Cəmiyyəti tədbir keçirib

Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı”Cəmiyyəti Beyləqan rayonunda şəhid ailələri, müharibə əlilləri və veteranları ilə birgə tədbir keçirib.

Bu barədə Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri Müşfiq Əliyev məlumat verib.

M. Əliyev bildirib ki, tədbirdə Beyləqan rayon İcra Hakiiyyətinin Başçısı Asif Ağayev də iştirak edib.

Şəhidlərə həsr olunmuş momerial kompleks ziyarət olunub və tədbir zamanı onların xatirəsi 1 dəqiqəlik sükutla yad edilib. Tədbir iştirakçılarından Fəxri fərmanlar verilib. Hazırki şəraitdə qazi və şəhid ailələrinə diqqət və qayğının artırılması barədə Ali Baş Komandan cənab İlham Əliyevin göstəriş və tapşırıqlarının həyata keçirilməsinin vacib olması qeyd olunub.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Şəhid Ailələrinə “Qayğı” Cəmiyyətinin sədri Müşfiq Əliyev, Beyləqan rayonunda bu sahədə görülmüş işləri yüksək qiymətləndirib və rayonun İcra Hakimiyyətinin Başçısı A. Ağayevə öz minnətdarlığını bildirib.

Elnur Səlim

Bu xəbəri paylaşın: