Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Balakən rayon şöbəsinin üzvləri şəhidlərimizi unutmurlar. Müharibə veteranları şəhid Kamal Şamil oğlu Məmmədovun Şəhidlər Xiyabanında məzarı başında onun doğum gününü ehtiramla qeyd ediblər. Şəhidimizin ruhuna dualar oxunub.
Bu barədə sosial şəbəkədə müharibə veteranı Vaqif Hümbətov məlumat verib.

Ümumiyyətlə, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Balakən rayon şöbəsinin sədri Aydın Abdullayevin rəhbərliyi ilə rayon veteranları daim qazi və şəhidlərimizlə bağlı tədbirlər artıq ənənə halını alıb.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elnur Səlim
Bu xəbəri paylaşın:
