Ermənistan Milli Məclisinin sədri vəzifəsinə iqtidardakı Mülki Müqavilə Partiyasının nümayəndəsi, əvvəlki parlamentin sədr müavini Alen Simonian seçilib.
Bu məlumatı parlamentin iclası zamanı hesablama komissiyasının sədri Narek Babayan verib. O qeyd edib ki, 107 millət vəkilindən səsvermədə iştirak edən 71 nəfəri A.Simonyanın lehinə səs verib.
Müxalifət partiyalarının parlamentdəki nümayəndələri səsvermədə iştirak etməyiblər.
