Bizə yazırlar: Quru-quru «Qurban olum»un qurbanlığı

«Şeyx Nəsrullah kimi dindar, Dərviş Məstəli şah kimi kəramətli, Don Kixot sayaq mübariz, Xlestakov kimi hüquqşünas»…

Hörmətli redaksiya!

Sizin yayınladığınız «Dərviş Məstəli şahın Parisi, miqrant Qurban bəyin Bakını dağıtmaqlığı» adlı məqalədə dediyiniz ironik faktları dəstəkləyirəm.

Aylardır ki, «iki həpənd» — Dərviş Qurbanla köməkçisi «Qulaməlinin» birlikdə rol aldıqları və bəzi zərərçəkmiş hərbçilərimizin, həlak edilmiş hərbçi ailələrinin üzərindən iyrənc bir xislətlə məqsədləri bəlli bir oyun oynanırlar.Əlbəttə döyüşçülərin saflığından, keçmişi bütünlükdə siyasi intriqa və böhtanlar içində keçmiş birisinin öz kirli məqsədi üçün istifadə etməsini ürək ağrısı ilə izləyirik. Özünü «Şeyx Nəsrullah kimi dindar, Dərviş Məstəli şah kimi kəramətli, Don Kixot sayaq mübariz, Xlestakov kimi müfəttiş, yəni hüquqşünas və s. kimi zərərçəkmişlərə sırımaqla ağalarından aldığı sərmayələrə əlavə dvidendlər qatmaq istəyir.

Tək görünən odur ki, Qurbanizmin istədiyi «nə qədər pis olsa, bir o qədər yaxşıdır» xaos yaratmaq istəyinin arxasında erməni və 5-ci kolonun dəstəyi görünməkdədir. Qurban Məmmədovu və onun «topa güllə qoyan» əlaltısı İlham Aslanoğlunu «Əhmədin, Məmmədin, Qulamın ölüb qalması» qətiyyən ilgiləndirmir. Onun apardığı bu qarayaxma kompaniyasına çevirdiyi insan taleləri ilə oynayaraq anti Azərbaycan, anti Dövlət təbliğatına rəng qatmaqdan ibarətdir. Bu adamların dərdlərindən artıq cəmiyyətdə yox olmaqda olan bir məşhur fırıldaqçı varolma mücadiləsinə bu insanların faciəsiylə fon verməkdədir. Bu insanlar hüquq müstəvisinə yönləndirilmək əvəzinə, «Şeyx Nəsrullahın» moizələrinə və özü kimi primitiv olan internet «pirinə» qonaq edilir.

Öz özünü hər gün təkzib eləyən bu adam bir vaxtlar zərərçəkənlərlə birgə xəyanətin olmamasından aylarca danışdıqdan sonra, Seysulan və Talış xəyanətlərindən danışır. Özü də burada çıxış edən hərbçilərlə birgə bu faktı isbatlayır. Bir nəfər istisna olmaqla, neçə rütbəli zabit bu xəyanəti bildikləri halda raport yazması faktı ortada yoxdur. Xəyanət ən böyük cinayətdir. Özü də Vətənin taleyiylə oynanılan xəyanəti bilib də xəbər verməməyin adı nədir, Qurban mirzə?

Bu adamın məkrli planlarını görmədən tora düşmüş hərbçilərdən ordunun sirlərini internet resurslarına daşımağın adını soruşuram. Bu adamın keçmişi cəhənnəm, son illərdə qaragüruhçuluq yoluyla ləkələməyə çalışmadığı bircə adam tanıyırsınızmı? Öz doğma qardaşıyla küsülü olan bu adamın və adicə sosial şəbəkədəki profili belə saxta olan İlham Aslanoğlunun keçdiyi yollara diqqət edən kimsə bu «qəbul olunmayacaq duaya, Amin» demədən öz yoluyla gedər.

Bu adam «sevimli müxbirim» dediyi bir xanımın, nəinki özüylə, hətta itiylə də savaşdı. Bu günədək Qurban Məmmədova 2-3 minlik like qazandırmaqdan qeyri bir şey əldə etmisinizmi? Bu adamın həyatda danışmaqdan qeyri hansısa xeyirxah əməli barədə bircə faktı olan varmı? Neçə ildir ki, siyasətdə «çəpər sərçəsi kimi batıradığı kol dibi qoymayan» birisinə inananların halına acıyıram. Zərərin yarısından dönməyin özü də bir xeyirdir.

Bəli, ordu daxilində ciddi bir proses və hətta biyabırçılıq baş verib. Müraciətlər əsasında Azərbaycan Respublikası Hərbi Prokurorluğu tərəfindən 10 nəfər hərbçinin  həbsi gerçəkləşdirilib. Əgər müraciətlərə baxılmırdısa, öz səlahiyyətlərini aşan bu şəxsləri Qurban Məmmədov, yoxsa İlham Aslanoğlumu həbs edib?

Qurban Məmmədovun və onun əlaltısının iyrənc faktları təkrar-təkrar yayması, sizcə nə məqsəd daşıyır? Bu adamın sizlərin istəklərinin əksinə gedərək 30 illik işğala son qoymuş Ali Baş Komandana dil uzatmasına hər biriniz artıq şəriklik edirsiniz. Özünü Ordusunu atıb qaçan bir fərari komandanın əsgəri sayan birisinin, Qalib gəlmiş bir Komandana dil uzatmasına susursunuz. Hanı bəs, Vətənə qurban olmaqdan danışırdınız? Bu məqamda illər boyu xəyanətlər yoluyla yürüyən birisinə yoldaş olmaq bir ayıbdır.

Bəli, illərcə ordu daxilində xəmiri xəyanətlərdən yoğrulmuş insanların var olduğunu belələri sizdən daha yaxşı bilirlər. Çünki sifarişçilərin ünvanları eynidir. Sadəcə tapşırıqlar fərqli ola bilər…

Qurban Məmmədov populyarlıq və pul qazanmaq üçün dəridən -qabıqdan çıxması sizə canı yananlıqdan irəli gəlmir. «Ailə haqları» adıyla güzəranını qurmağa çalışır. Sifarişçini daldalamaq üçün qurduğu bu «pul toplama» marafonuna rəng qatmaq üçün törədilmiş iyrənclikləri qabardır. Özü də tez -tez «filan yeri satmaq xəyanət deyil» deyə-deyə, haqsızlığa məruz qalanları danışdırır, reklam edir. Bu adam, sizcə, bir nəslin, bir ailənin gələcəyini belə təhdid, qınaq içində buraxdığını bilməyəcək dərəcədə sadəlövhdürmü? Ay-hay, Qurban Məmmədov, hətta tualetə gedəndə belə şəxsi mənfəətini hesablayan birisidir.

Özlərini bu gün vətənşüvən kimi göstərib, əsgər və zabitlərimizə qarşı iyrənc hərəkətlərə yol vermiş xainlərin iyrənc əməllərini detallarıyla yaymaq Orduya, Dövlətə qarşı ən böyük bir təxribatdır. Milli mental dəyərlərə arxa çevirməkdir. Bu təxribata alət olmağı kimsəyə arzulamazdıq. Ordu daxilində baş vermiş bu təxribatın cavabını belə bir təxribatla davam etməsinə yol vermək olmaz. Dəyəri 3 qəpiklik olan Qurban Məmmədov kimiləri Dövlət ərkanı adına danışan hər kəsə böhtan yağdırır, küçə qaragüruhçuluğu ilə Dövlət adından qəbul olunmuş qərarları heçə sayacaq qədər anarxizmə yuvarlanmış birisi olduğunu dönə-dönə elan edir. Bir anarxistin ardına düşməklə əldə edəcəyiniz şey, yalnız öz əlinizlə öz ordumuzu ifrat dərəcədə gözdən salmaqdan başqa bir şey deyil. Hər halda oğuldan ataya qarşı, anadan oğula qarşı, həyat yoldaşından ərinə qarşı və s. kimi faktlar olmuşsa belə, onu araşdıracaq ən son adam Qurban Məmmədovdur. Zərər çəkmişlərin müraciət edəcəyi yer də Q. Məmmədov deyil. Əslində Qurban Məmmədov sifarişə uyğun olaraq bu cür faktları şişirtməklə daha gizli faktlar ələ keçirməyi hədəfləyir. Ordu təkcə zərər çəkmişlərə aid deyil. Özünü bu ordunun bir parçası sayan kimsə belə bir siyasi dəllalın əliylə ordumuz haqqında belə mənfi təsəvvür yaradılmasına imkan verməz.

Qurban Məmmədov əlində silah döyüşmüş və MTN zabiti olan müharibə veteranı İlham İsmayılı hədəf seçib ağzına gələni efirə tökür. İlham İsmayıl Çaykənd, Buzluq, Manaşid, Ağdərə cəbhəsində döyüşəndə, düşmənə qarşı mübarizə aparanda, görəsən Qurban Məmmədov hansı qazancın arxasında idi? Siz o günlərdə niyə döyüşə getmirdiniz, Qurban Məmmədov? Dediyiniz kimi işiniz — gücünüz də olmayıb, vəzifə də tutmamısınız. Bu adam oturduğu qucaqda günbəgün ərköyünləşərək hər kəsə dil uzatmağa başlayıb. Sanki dünyada özündən müqəddəs kimsə yoxdur. Yaşadığı həyatı başdanbaşa xəyanətlərlə və günahlarla dolu olduğundan, həyatını dəllal kimi şəxsi mənafelərə həsr edən Qurban Məmmədov, şizofrenik olaraq hər kəsi öz arşınıyla «al-ver» predmeti kimi görməkdədir. Çünki ondan ötrü şəxsi mənafedən qeyri heç nə yoxdur.

Bir müharibə veteranı kimi, xaricdə oturub nəinki ordumuz, hətta xalqımız haqqında mənfi rəy yaratmağa çalışan bu siyasi möhtəkirlərə alət olmağı pisləyirəm. Bu təbliğat gənc nəslin vətənpərvərlik hissinin zədələnməsini, xalqın qalibiyyət əzmini və insanların Dövlətə olan inamını zəiflətməyi hədəflədiyini görmürsünüzmü? Güya Qurban, yaxud da İlham bu problemin hüquqi həllinin yolunu bilmirlərmi? Bu adamlar zərərçəkənlərin heysiyyatıyla oynadıqlarını yaxın gələcəkdə gözlərinizlə görəcəksiniz…

Bu şəxs və xaricə qaçan digər satqınlar Azərbaycan əleyhinə tutarlı bir fakt xatirinə İblislə də sazişə gedərlər. Müharibədən öncə Azərbaycanın qatı düşməni olan Aleksandr Lapşinə «qardaş» deyib hakimiyyət pərdəsiylə xalqımızı aşağıladığı kadrlara diqqətlə baxın. Bunlar öz həyatlarını yalnız Vətənə müxalif olaraq yaşayıblar və belə qozbelləri qəbir də düzəltməz.

Bu ordu kiminsə dədəsinin malı deyil. Artıq sayı yüz minə çatan keçmiş döyüşçüləri, fəaliyyətdə olan əsgər və zabitlərin ordusudur. Əsgər ruhu daşıyan hər kəs bu ordunun imicini qorumağa borcludur.

Əlbəttə belə şeyləri, Qurban Məmmədov və onun «qıl verəni» İlham Aslanoğlu kimiləri anlamazlar. Quru-quru «Qurban olum» deməklə öz eşşəklərini yemləmək onların həyat kredosudur…

Akif Həsənov

Müharibə veteranı

Bu xəbəri paylaşın: