Hikmət Həsənovun yerinə yeni təyinat olub.
Müvafiq əmrlə bu vəzfəyə polkovnik Qiyas Abbasov təyin edilib. O bundan əvvəl 3-cü ordu korpusunun komandan müavini vəzifəsində çalışıb.
Qeyd edək ki, polkovnik Abbasov Qiyas Abbas oğlu, 19.12.1975-ci il tarixində Ağcabədi rayon Poladlı kəndində anadan olub. Aprel döyüşlərinin iştirakçılarındandır. Sentyabr ayının 27-dən Cəbrayıl, Zəngilan, Şuşa, Laçın və Hadrut uğrunda gedən döyüşlərdə torpaqların azad edilməsində iştirak edən polkovnik Q. Abbasov, Ali Baş Komandanın sərəncamı ilə «Vətənə xidmətə görə» ordeni, «Vətən uğrunda», «Cəbrayılın alınması uğrunda» və «Zəngilanın alınması uğrunda» medalları ilə təltif olunub.
P.S. Lakin təyinat barədə məlumat MN tərəfindən təsdiqlənməyib. MN yayılmış bu cür məlumatlar barədə bəyanat yayıb: «Bəzi kütləvi informasiya vasitələri və sosial şəbəkələrdə Azərbaycan Ordusunda ştat dəyişikliyi, şəxsi heyətin rotasiyası, kadr islahatları və Orduya aid digər məlumatların təhrif olunmuş şəkildə və Müdafiə Nazirliyinin rəsmi məlumatına istinad etmədən yayılması ciddi təəssüf və narahatlıq doğurur».
