Fədai .az və Fədai qəzetinə «sroşnu və uvodomleniyalı Teleqrama» (Yəqin «ruskoyazıçnıdı» deyə üslubuna toxunmadıq-red.).
Hömətli Fedai .az və məqalənin müəllifi Akif Həsənov, siz Qurban Məmədovu və İlham Aslanoğlunu müzakirə etməyin, onları buraxın bir tərəfə, siz o ekrandan danışan onlarla canlı əsgər və zabitin danışdıqlarını müzakirə edin, yalan danışırlarsa, şər-böhtan danışırlarsa, onların həbs edilmələri məsələsini müzakirəyə çıxarın. Yox əgər həqiqəti danışırlarsa, o dəhşətlərə şərait yaradan, onu törədən və törədilməsində təhrikçi, icraçı, təçkilatçı və köməkçi olanların HAMISININ qanun qarşısına çıxarılmasını müzakirə predmeti edin ki, daha da hörmətli olasınız.

Bunu da mən sizə yazdım, bunu da həmin ,o «bizə yazırlar» rubrikasında dərc edin ki, qərəzsiz, tərəfsiz görünəsiniz.
Mən də müharibələr veteranı Camal Əhmədov-Qərvənd Camal.
Daha sonra ürəyi soyumayan Camal Əhmədov daha bir status paylaşır və az qala I Qarabağ müharibəsinin «komandanı» kimi yazır:
Hamı artıq bildi ki Fədai qəzetində Akif Həsənov ad soyadlı veteran Azerfreedom Tv də danışan işgəncə verilmişlərdən, onların canlı olaraq danışdıqları dəhşətlərdən yox, Qurban Məmmədovdan, İlham Aslanoğludan danışaraq onların kimlyini müzakirə predmetinə çeviribdir. canlı həyatdan tanıdığım Akif Həsənov adlı veteran bircə nəfərdir. Şəkildə gördüyünüz Aslan Quliyevin arxasında görünən soldan üçüncü adamdır.
Birinci Qarabağ döyüşləri zamanı Beyləqan Batalyonunun komandiri olmuşdur. Yaxşı bir insan kimi yaddaşımda qalmişdir. Həmin yazı onun dil üslubu deyil, mən onun da şəkildə gördüyünüz digər insanların da dil, yazı üsublarına yetərincə bələdəm və inana bilmərəm ki tanıdığım Akif Həsənov işgəncəni, işgəncə verənləri yox, bunu araşdıran, özü də açıq aşkar olaraq hamının gözü qarşısında araşdıran Qurbanı və İlhamı müzakirə predmeti etmək cəhdi eləsin. İz eşşəyin, fel gəlinin misalına bənzər həmin yazı inana bilmərəm ki, Milli Qəhrəman İbad Hüseynovun hesabına tanıdığım, çörək kəsdiyim Akif Həsənovun şəxsən özünün yazısı olsun. Yeri gəlmişkən soldan birinci dayanan Назим Байрамın da qaynı Tərtər işində qanunsuz olaraq tutulub və sonradan buraxılıbdır, inana bimirəm ki, onun da dil üslubu olsun. «Fədai» qəzeti bunu da inarıram ki, oxuyur və veteran cavabı olaraq dərc edəcəkdir.
Cinayətkarları, ermənilər sayaq işgəncələr verib Azərbaycan əsgər və zabitini qətlə yetirənlərin qanun qarşısına çıxarımasını bir veteran, bir döyüşçü kimi tələb etmək əvəzinə, işin əsl MAHİYYƏTİNİ azdırmaq veterana, azərbaycanlıyam deyənə, döyüşçüyə, KİŞİLİYƏ, MƏRDLİYƏ YARAŞAN HƏRƏKƏT OLA BİLMƏZ. Narazı qalan olarsa, üz-üzə görüşməyə HƏR CÜR MÜSTƏVİDƏ hazıram.
Adam KİŞİ olar, KİŞİ də adam olar. Qurban xaricdədirsə, İlham Aslanoğlu ölkədədir, əgər onun hərəkətində və ümumiyyətlə, o ekrandan danışanların əməlində zərrə qədər şər-böhtan qanuna zidd əməl olmuş olsaydı, DTX , DİN və Prokurorluq çoxdan onları həbs etmiş olardı, onlar kiminsə dalına bəziləri kimi baş soxub oradan əzbər oxumurlar olanı, başlarına gətirilmiş müsibətləri danışırlar, bu gedişlə həqiqətən kimisə yalnız it öldürüb poxa (Oxuculardan üzür istəyirik-red.) salmaq olar. İbad Hüseynovu da özüm qəsdən taq edib etiketlədim ki, o həqəiqəti daha tez öyrənə bilər, nəinki başqası. Tərtər işinə ədalət tələbi ilə zarafat acı, özü də lap zəhər kimi acı nəticə verər, zarafat olmaz…
Redaksiyadan: Fədai.az 2016-cı ildə Aprel döyüşləri zamanı baş verənlərlə bağlı həqiqətləri və acı reallıqları yazmışdı və bir çox saytlarda bu yazı yayınlandı. Yəni biz sözü vaxtında deyirik. «Daldan atılan daş, indi topuğa deyil, başa dəyir». Amma elələri var ki, bu daşı «daş-baş» etməyə çalışır. Sadəcə bu zərərçəkmişlərin dərdlərindən öz şəxsi ambisiyaları üzrə istifadə edilməsi və ordumuzun imicinin hədəf seçilməsi ortadadır. Zərərçəkənlərin hüququnu kimsə danmır, amma pozulmuş hüququ Şeyx Nəsrullah bərpa edə bilməz. Bunu elə Qurban Məmmədov haqqında indi sildiyiniz kadrlarda saatlarla özünüz danışmısınız. Yazıda belə adamların ordu haqqında danışmasını bütün veteranlar qəbahət sayır. Öz hüquqlarını bu adamlar özləri də təşkilatlanıb müdafiə edə bilərlər. Müharibələr veteranı yazmısınız, buyurun düşün önə, buna kimsə etiraz bildirməz. Amma Orduda xəyanətləri, işğəncəyə məruz qalanları və işgəncə verənləri kimsə danmır. Öncə yazını oxuyun, sonra meydana çıxın. Facebookun senzoru kimi çıxışınızı da saxlayın «mehriban düşməniniz» Qurban bəylə debatlarınıza. Bir araşdırın, MN daxilində cəzalandırmaq üçün siyahını kim tutub? Bunca zərərçəkənə əziyyət və yenidən işgəncə vermək kimlərə lazımdır? Bu səs-küy yaradılmasının arxasında nələrin dayandığını düşünmək o qədərmi çətindi? Azərbaycan xalqı əsgər və zabitlərimizə qarşı bu iyrənc hərəkətlərə yol vermiş kimsənin cəzasız qalmasını istəmir. Yazıda isə bu iyrəncliyin bu şəkildə nümayişini yolverilməz sayılıb. Bu da bir mövqedir. Hər kəs Qurban bəy və sizin kimi düşünsəydi, o zaman cəmiyyət çox yeknəsəq olardı…
Fedai.az Araşdırma Qrupu
