Erməni keşiş yezidi kürd deputatın əlini «göydə» qoydu

Dünənki Erməni parlamentinin ilk iclasına yaşa görə sədrlik edən yezidi kürd əsilli Knyaz Həsənov erməni keşişinə:

— BARON DERDER — deyə «ədəb-ərkanla» çıxış etməyə dəvət etməsinə baxmayaraq, keşiş SƏRSƏM çıxışından sonra zalı tərk edərkən Knyaz Həsənova qarşı hörmətsizlik etərək onunla sağollaşmadı.

Nəticədə, yaşca hamıdan böyük olan, yeganə kürd deputat K. Həsənovun əli göydə qaldı. (şəkildə)

Mənə elə gəlir ki, Knyaz «kişi» ona DERDER əvəzinə, KAHANA desəydi keşiş də ona belə hörmətsizlik etməzdi.

İSMAYIL TANRIVERDİ

Bu xəbəri paylaşın: