«Can Azərbaycanın Prezidenti dəyərli dostum İlham Əliyevə təşəkkür edirəm».
Fedai.az xəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan twitter səhifəsində yazıb.
O, meşə yanğınlarının söndürülməsində etdiyi yardıma görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edib.
Həmçinin, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölkəsində baş verən meşə yanğınları ilə mübarizədə həmrəylik göstərən 73 ölkəyə və 10 beynəlxalq təşkilata təşəkkür edib. Türkiyə lideri çətin günlərin tezliklə keçəcəyini dilə gətirib.
«Meşə yanğınları ilə mübarizəmizə dəstəyini, keçmiş olsun diləyini və başsağlığını göndərən, kömək etməyə hazır olduğunu bildirən, yardım göndərən bütün dost ölkələrə və təşkilatlara millətim adından təşəkkür edirəm»,-deyə Türkiyə Prezidenti minnətdarlığını bildirib.
Ərdoğan Azərbaycan, Rusiya, İspaniya, İran, Qətər, Xorvatiya və Ukraynanın dövlət və hökumət başçılarına həmrəyliklərinə görə xüsusi ilə təşəkkürünü çatdırıb.
