Tarixə qara ləkə kimi düşən ermənilər hər zaman yalan və saxtakarlığı özlərinə strategiya seçərək, qondarma tarix uydurublar və qonşularına qarşı ərazi iddiaları irəli sürüblər. Erməni yalanları haqda bir çox tarixçilər müxtəlif kitablarda bəhs ediblər və bu xain millətin iç üzünü dünyaya göstərməyə çalışıblar.
KONKRET.az xəbər verir ki, M.Vəliməmmədov “Qarabağ müharibəsi 1991-1994” adlı kitabda ermənilərin iç üzünü açaraq, onların guya müharibədə yalnız özlərinin vuruşması haqda fikirlərini faktlarla alt-üst edib:
“11 sentyabr 1992-ci ildə, Kəlbəcər rayonunun Mərcimək kəndi yaxınlığında, Ermənistanda yerləşən 7-ci Ordunun altı nəfər hərbi qulluqçusu (Yaroslav Evstiqneev, Vladislav Kudinov, Konstantin Tukiş, Andrey Filippov, Mixail Lisovoy və baş leytenant Vladimir Semion) ələ keçirildi. Bu hərbi qulluqçuların hamısı İrəvanda yerləşən 7-ci Ordunun 797-ci xüsusi təyinatlı qüvvələrinin tərkibində (39826 saylı hərbi hissə) hərbi xidmətdə olublar. 1993-cü il 12 may tarixində Azərbaycan Ali Məhkəməsinin hərbi kollegiyası onları 15 iyun 1992-ci ildə Dağlıq Qarabağın Mardakert (Ağdərə) rayonunun Sırxavənd kəndi uğrunda gedən döyüşlərdə iştirak etməkdə təqsirli bildi”.
İndi bu fakt kifayət edir ki, birinci Qarabağ müharibəsində ermənilərin özlərinin deyil, rusların və digər millətlərin nümayəndələrinin döyüşdüyü sübuta yetirilsin.
Müşviq Tofiqoğlu
