Qacar dövlətinin yıxılması: Panfarsizm, sionizm və ingilis imperializmi

Şiə Qacar dövlətinin yıxılmasının başlanğıcı 1872-ci ildə məşhur media maqnat və teleqraf texnologiyasının öncülü, əsl adı İsrael Beer Josaphat olan yəhudi iş adamı Paul Reuterin Nasirəddin Şah Qacarın hökumətindən ölkənin az qala bütün sərvətinin, gömrük və limanlarının, yollarının istifadə haqqını alan konsessiya müqaviləsi ilə başlayır.

Məhz bu təməlin əsasında ingilis imperializmi Qacar dövlətini yavaş-yavaş ələ keçirməyə başlayır. İllər sonra Rza Pəhləvinin əli ilə sionizm və ingilis imperializminin övladı olaraq fars şovinizmi yeridilir.

On illər boyu bu marionet rejimin əli ilə insanların beyni yuyulur, İranın türk sakinləri və türk hakimiyyəti dövrü «sarı vəba», ərəb-islam əhalisi və hakimiyyəti dövrü isə «yaşıl vəba» gözü ilə dəyərləndirilərək beyni sionizm yalanları ilə zəhərlənmiş fars gəncləri türklərə və türk dilinə, ərəblərə qarşı vəhşi bir kin hissi ilə tərbiyə edilir.

Rza Pəhləvinin hakimiyyətə gəlməsində əsas rolu oynamış, eləcə də onun rejimindəki rəsmi siyasətin də müəllifi olan ingilis agenti, Bombeyli zərdüşt-pars icmasının nümayəndəsi Ərdəşir Riporteri də qeyd eləmək lazımdır.

İllər sonra onun oğlu Şapur Ci Riperter də Müsəddiqin devrilməsində və anqlo-amerikan silah şirkətlərinin Məhəmməd Rza rejiminə silah satmasında əsas rol oynamışdır.

Şapur Ci Riperter də Mİ-6 casusu idi və xidmətlərinə görə hələ sağlığında yüksək fəxri adlar almışdı.

Alıntı: Hasan Ali (Fb)

Bu xəbəri paylaşın: