Paşinyan mollaların andiçməsində də özünü «unutdu»

Bu gün İranın yeni seçilmiş prezidentinin andiçmə mərasiminə qatılan Nikol Paşinyan zalda oturaraq, tərcümə üçün cihazları çıxarıb və telefonunu qurdalamağa başlayıb.

Bu barədə məlumatı erməni mətbuatına Ermənistanın Respublika Partiyasının sədr müavini Armen Aşotyan deyib.

“Bu axmaq, diplomatiyanın, mədəniyyətin, tərbiyənin, məsuliyyətin nə olduğunu anlamır. Xüsusilə, Şərqdə bu cür sayğısızlıq və pis davranış təzahürləri unudulmur və bağışlanılmır”, — Aşotyan bildirib.

Bu xəbəri paylaşın: