Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Ağstafa rayon şöbəsi rəhbərliyi və üzvləri şəhidlərimizi unutmurlar. Ağstafa rayon Qırılı kəndindən olan şəhid Təbriz İlyas oğlu Quliyevin doğum günü şəhidin məzarı başında qeyd edilib.
Bu barədə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Ağstafa rayon şöbəsi sədrinin müavini Ədalət Şükürov məlumat verib.

Ədalət Şükürov bildirdi ki, şəhidin cənnətdəki ilk ad günü tədbirində AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi Vaqif Sadıqov, AVMVİB Ağstafa rayon şöbəsinin sədri Əliməmməd Babaxanov, sədr müavni Şükür Tağıyev, özək sədri Nəsimi Həsənov şəhid Təbriz Quliyevin ad gününə həsr olunmuş tədbirdə iştirak ediblər. Tədbirdə şəhid T. Quliyevin keçdiyi döyüş yolundan danışılıb və şəhidin ruhuna dualar edilib.
Cənnətdəki ad günün mübarək, əziz şəhidimiz!
Elnur Səlim

