Cövhər Dudayev Süleyman Dəmirələ necə dərs verdi?

1992-ci ilin sentyabrında Cövhər Dudayev və hər zaman onu müşayiət edən Ramzan Əliyev Ankaraya uçdular.

Türkiyə Xarici İşlər Nazirliyinin «günahı» səbəbindən qarşılama 15 dəqiqə gecikdi. Cövhərin bu münasibətdən rəngi qaçdı, çünki o, düşündü ki, bu təhqir ona deyil, çeçen xalqına qarşı yönəlib.

Təyyarədən çıxmadan oturdu və gözlədi, sonra uçmağı qərara aldı, rul arxasına özü keçib oturdu. Amma uçmağa icazə vermədilər. Uçuşdan imtina etdikdən sonra Cövhər mühərrikləri işə saldı və təyyarə hərəkət etməyə başladı.

O zaman Türkiyə baş nazirinin müavini də daxil olmaqla heyət onu qarşılamağa gəlib onu uçmamağa razı salmağa çalışdılar. Təyyarə birbaşa VİP binasına tərəf hərəkət edirdi. Qorxan xidmətçilər təyyarənin havaya qalxmasını təmin etdilər və təyyarə Şimali Kipr Türk Respublikasına uçdu.

Orada çeçen heyətini çiçəklərlə və çeçen bayraqları ilə qarşıladılar. Süleyman Dəmirəl Cövhərə zəng edərək geri dönərkən Ankaraya uçmasını xahiş etdi. Bundan sonra o, suveren bir dövlətin prezidenti kimi qarşılandı. Özünə və respublikasına hörmət etməyi diqtə edə bildi.

Qroznıya geri dönərkən isə, Cövhər, kisələrlə dolu bir təyyarədə uçdu. Çeçen qadınların hava limanında aldıqları yük ilə qaldıqlarını bildikdən sonra, onlara kömək etmələrini əmr etdi və təyyarəsinə onların mallarını yüklətdi.

«Milyon birinci» — Alla Dudaevanın kitabından

Eldar Tağıyev
Ukrayna

Bu xəbəri paylaşın: