
ILHAMI CƏFƏRSOY
Elmlər doktoru, Nəsimi adına Dilçilik İnstitutunun «Qədim dillər və mədəniyyətlər” şöbəsinin müdiri
H’Aylar erməni deyildilər
Tarixin ağır döyüşlərində yüzlərlə xalq məhv olub yer üzündən silinmiş, yüzlərlə xalq dilini, kimliyini unudaraq başqa bir xalqa çevrilmişdir.
Min il bundan qabaq Dunay bulqarlarları türk dilində danışırdılar, indi slavyan dilində danışırlar. Ermənilərin hakim nəsillərindən biri olan h»aylar 387-ci ilə qədər türk dillərinə qohum olan bir dildə danışırdılar. Tut ağacına tut, qoz ağacına koz, fındığa bunduk, kişi cinsinə er, qadına am deyirdilər.
Onlar sasanilərə və yunanlara tabe olandan sonra öz dillərini, kimliklərini unutdular. Tarixən 80-ə yaxın ləhcəsi ilə 3 erməni dili olmuşdur. H»Aylar kim idi?
Aya tapınan, aya ay, ulduza ultuz, günəşə kuyaş deyən qədim xalq idi. Akademik Marr hələ 1903-cü ildə erməniləri öz tədqiqatı ilə məyus etmişdir (Etimoliqiya drevnearmyanskoqo yazıka.Predslovie). Ermənilər bütün bunları yaxşı bilirlər. Onların fəndgirliyi ondadır ki, danışmaq lazım olmayan yerdə susmağlı bacarırlar.
Mən 1990-cı ildə Şuşa televiziyasında Arsax və H»Ay mövzularında verilişlər aparanda onlar zəng edib yalvarırdılar: Matağ onim kez, en xoskneri asımel (Sənə qurban olum, o sözləri demə). Erməninin iki üzünün altında iyirmi üzü, bir dilinin altında 80 dili var. Gəlin o üzlərin pərdələrini açaq, o dillərin dilçəyini aşkar edək.

Qrabar dili
Gizli bir məqsədlə qədim erməni dili adlandırılan qrabar dili indiki ermənilərin dili deyildir. Ermənilər bəzi uydurmaları yaxşı düşünüblər, ancaq unudublar ki, Qarabar qıpçaq tayfalarından biridir.
O dil qrammatik quruluşuna görə iltisaqi olub türk dillərinə bənzəyir. İndiki erməni dili isə flektivdir. Yalnız leksik fondunda deformasiya olunmuş Qarabar sözləri qalmışdır. Məs: zadəgan xanımlarına bambiş deyilir. Bam qadın və biş baş türk sözləridir.
Yaxud kiçik oğlan uşaqları kırtzer adlandırılır. Qırtmaq kiçiltmək deməkdir, -zer çoxluq şəkilçisidir. Qədim bulqar və çuvaş dillərində -zer çoxluq, cəmlik bildirir. Akademik Marr 1902-ci və 1903-cü ildə nəşr etdirdiyi 2 kitabında bunları əsaslandırmış, ona görə də ermənilərin qəzəbinə düçar olmuşdur.
İlk mənbələrdə Bərdə hakiminin adı Barsxandır. I adı Varsxen, sonra Vazqen eləyiblər. Ermənilər özlərinə qurama bir tarix yaradıblar. O tarixi zir-zibillərdən təmizləmək vətən və millət qarşısında borcumuzdur.
ARAL, YOXSA ARARAT?
Aral və Ural Şumerin, eləcə də qədim Ön Asiyanın iltisaqı dilli bir çox etnoslarının müharibə tanrıları idi. Ural və ya Urar düşmənləri vurur, yaralayır, Aral və ya Arar yaralanan əsgərlərin yaralarını sarıyırdı.
Aral xalqının yurdu Aramey mətnlərində Ararat, Ural xalqının ölkəsi Urartu adlanır.
E.ə. XVIII əsrə aid Babil mətnlərində Van gölü ətrafında Aral xalqının yaratdığı dövlət Ararat çarlığı adlanır ( Nikolskiy 1896.səh.1; Poeziya i proza drevnoqo Vostoka 1973.səh.671).
Bibliyanın təfsirçilərinə görə Nin Krit adasına qaçandan sonra Semiram er.əv.1875-ci ildə Ararat qalasını tikdirib (Şopen 1866. səh. 46). Semiram və ya Temiram Turan xaqanı Alpər Tonqanın qızıdır. Dəmir qadın deməkdir.
Bibliyaya görə Ararat yalnız dağın adı deyildir. Dağda salınan şəhərin və Arar xalqının adıdır. -at sami dillərində çoxluq anlamı yaradan şəkilçidir (Bibleyskaya arxeoloqiya ç.1, 1891.səh.53).
Ararat dağı Türkiyə ərazisindədir. Ermənilər həsrətlə xəyallarında özləşdirdikləri o dağa baxaraq ağlayırlar. Biz türk qardaşlarımızla həyatda olduğu kimi tarix elmində də onları ağlatmalıyıq. Dərsliklərimizi yeni elmi tədqiqatlarla zənginləşdirməliyik.
