Şəhidlər unudulmur.
44 günlük Vətən savaşı bizə təkcə işğal olunmuş torpaqlarımızın azadlığını qaytarmadı, həm də bir xalq olaraq özşərəfimizi geri qaytardıq deyə bilərik. Amma özləri qayıtmadılar…
Biz bu savaşda xalq olaraq Vətən yolunda özünü qurban verən Şəhidlərin mənəvi dəyərini qəlbimizdə müqəddəsləşdirdik,ellikcə Şəhid sevgisinə qovuşduq. Eyni zamanda qorxmadan güllə önünə atılaraq qazi olan neçə-neçə məğrur, igid,qəhrəman oğullarımızı tanıdıq. Belə qəhrəman oğullardan biri də Sərhəd Qoşunları baş leytenantı Elçin Əvəz oğlu Əzizovdur.
Şəhidin yaxınlarının tikdirdiyi bulağın açılışında Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) rəhbərliyi və üzvləri AVMVİB sədri Füzuli Rzaquliyev, AVMVİB Nəsimi rayon şöbəsinin sədri Elmar Hüseynov, Zəngilan rayon şöbəsinin sədri Azad Musayev, Binəqədi rayon şöbəsinin sədri Mərdan Ələsgərov, AYB və AJB üzvü, «Vedibasar» qəzetinin redaktoru, AQC Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının sədri, «Ziyalı qadınlar» və AVMVİB-nin fəxri üzvü Nəsibə İsrafilqızı (İsmayılova), döyüş dostları və müharibə veteranları iştirak ediblər.
Şəhid baş leytenant Elçin Əzizovun ruhuna dualar oxunub.
Allah şəhidlərimizə rəhmət eləsin!
Elnur Səlim








