İlham Zəkiyev 12-ci paralimpiya medalımızı qazandı

Azərbaycan Tokio-2020 Yay Paralimpiya Oyunlarda daha bir medal qazanıb.

Ölkəmizi paracüdo üzrə təmsil edən təcrübəli idmançı İlham Zəkiyev 3-cü yeri tutub.

Beləliklə yığmamız Tokioda 12-ci medalını qazanıb. Komandamızın hesabında 9 qızıl, 3 bürünc mükafat var.

Qeyd edək ki, müharibə əlili İlham Zəkiyev daha əvvəl Afina-2004 və Pekin-2008 Paralimpiya Oyunlarında qızıl, London-2012-də isə bürünc mükafat qazanıb.

Azərbaycanın qadın paracüdoçusu Dürsədəf Kərimova isə Tokio-2020 Yay Paralimpiya Oyunlarında yarımfinal görüşünə çıxıb.

Çəkisi 70 kq-dan yuxarı çəki dərəcəsində mübarizə aparan idmançı Braziliya təmsilçisi Meg Emmeriklə (Braziliya) üz-üzə gəlib.

Rəqibinə qalib gələn Kərimova finala yüksəlib və növbəti qızıl medalın sahibi olub.

Azərbaycan hazırda 9 qızıl və 3 bürünc medalla yeddinci sırada qərarlaşıb.

Bu xəbəri paylaşın: