Milli Qəhrəmanı general-mayor Polad Həşimovun anası Beyləqanda şəhid anaları ilə görüşüb

Tovuz istiqamətində gedən döyüşlərdə şəhid olan Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun anası Səmayə Həşimova Beyləqan raynunda yaşayan şəhid anaları ilə görüşə gəlib.


Qəhrəman generalın anasının gəlişini rayon ictimaiyyəti, müharibə veteranları və şəhid ailələri izdihamla qarşılayıblar.


Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan və Xocavənd rayon rayon şöbələrinin üzvləri də iştirak ediblər.


Bu barədə Tədbirdə Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Beyləqan rayon şöbəsi sədrinin müavini Məmməd Məmmədov məlumat verib.

Həmçinin bildirib ki, AVMVİB sədrinin səlahiyyətli nümayəndəsi, Xocavənd rayon şöbəsinin sədri Akif Həsənov, Beyləqan rayon şöbəsinin sədr müavini Əlövsət Məmmədov tədbirdə iştirak ediblər.


Müqəddəs şəhidlərimiin məzarları ziyarət edilmiş və onların əziz ruhlarına dualar oxunmuşdur.

Rayon ictimaiyyəti Azərbaycanın Milli Qəhrəmanı general-mayor Polad Həşimovun anası Səmayə Həşimovanı ən əziz adamları kimi qəbul etdiklərini bildirmişlər.


Allah şəhidlərimizə rəhmət eləsin!

Türkay Xaqan

Bu xəbəri paylaşın: