Federal Xəbər Agentliyinin verdiyi məlumata görə, Rusiya Prezidenti Vladimir Putin büdcə imkanlarından istifadə edərək müəllimlərin əmək haqqı sistemini təkmilləşdirməyə çağırıb.
«Hakimiyyət müəllimin düzgün imicini yaratmaq üçün pul ayırmalıdır», — deyə prezident vurğulayıb.
O qeyd edib ki, müəllimlərin maaşlarının artırılması ölkə büdcəsi çərçivəsində olmalıdır.
Daha əvvəl dövlət başçısı məktəb müəllimləri, universitet müəllimləri, tələbələr, abituriyentlər və məktəblilərlə onlayn görüş zamanı 2023 -cü ilin Rusiyada «Müəllim ili» elan edilməsini təklif etmişdi.
Bu xəbəri paylaşın: