Bu ölkədə mənşələri bəlli olan — erməni əsillilər, PKK-çılar və FETÖ-çülər konkret olaraq şəhidlərimizə, və qazilərimizə qarşı bir səlib yürüşü həyata keçirməkdədirlər. Hər kəsi adları, vəzifələri və mövqeləri bəlli olan bu ünsürlərə qarşı mübarizəyə səsləyirik.
Ölkənin Ali Baş Komandanı cənab İlham Əliyev və Birinci Vitse prezident xanım Mehriban Əliyeva şəhidlərə olan münasibətini dönə-dönə bəyan ediblər. Bəs bu adamlar,, görəsən kimlərin sifarişlərini həyatta keçirirlər?

Biri döyüşən əsgərin əmək haqqını kəsir, biri şəhidə II Şəhidlər Xiyanbanında yer vermir, biri müharibədən geri dönmüş əsgərin veteranlığını vermir, biriləri 27 ildir ki, sosial sığortanı (qan pulunu) dədə malları kimi fırladır, biri qazilərin müalicəsindən imtina edir, biri müharibə əlillərinin əlilliyini kəsir, biri şəhid abidələrini, plakatlarını, dağıdır, biriləri qardaş Türkiyənin bayraqlarını endirir, biri şəhid anasını kabinetdən qovur, biri şəhid anasını «ərə verməyə» çalışır, biriləri qəsdən xalqın süni surətdə narazılığını yaratmağa çalışır və s. və ilaxır. Bunlar Böyük Zəfərdən sonra xalqın sevgisini qazanmaq əvəzinə, minlərlə düşməni ölü və zəlil günə salan nifrətini qazanmağa çalışırlar. Kimdi bu ünsürlər? Bunlar zahirdə özlərini ölkə rəhbərinə və xalqımıza dost, batində isə düşmənlə iş birliyi içində olan münafiqlərdir. Biz müharibə veteranları olaraq, bu prosesləri görür və narahatçılıq keçiririk. Ölkəmizin gələcəyinə, Komandanımızın böyük siyasi və hərbi dühasina yönəlmiş bu hərəkətlərə seyrçi qala bilmərik.
Cənab Ali Baş Komandan!
Müzəffər ordunun Müzəffər Baş Komandanı!
Biz araşdırdıq. Bu addımı atanların hər birinin erməni əsilli, ya FETÖ tör-töküntüsü, ya PKK-çı, ya da 5-ci kolona köpəklik edən birisi olduğunu gördük.
Qaldırın o «Dəmir yumruğu», əmrinizdəyik və içimizdəki bu naqislərdən təmizlənməsək düşmən yenidən milli hədəflərimizi çökdürəcək. 90-cı illərdəki başıpozuq yığnağın dövründəki kimi yenə öz xainlikləri ilə şəhid qanı bahasına qazanılmış bu Böyük Zəfər əlimizdən alınacaq. Dövlətin strateji qollarınadək özünü sırımış bu adamcıqlar müəyyən olunmalıdır. Onlar öz layiqli cəzalarını almayınca düşmən dayanmayacaq. Onların hədəfində bu gün Müzəffər Ali Baş Komandan, Ordu və daxili stabillik dayanıb.
İşğaldan azad edilməsinin ili çıxmamış Kəlbəcər rayonunda şəhidlərin fotosu olan plakat vandalcasına dağıdılıb. Bunun ermənilər tərəfindən edilməsini düşünənlər bilməlidirlər ki, ordu öz missiyasını ləyaqətlə yerinə yetirir. Yəni əraziyə (Comərd kəndi) erməninin daxil olması mümkünsüzdür. Amma hansısa dediyimiz daxilimizdə bəslədiyimiz və yüksək vəzifələrə oturtduğumuz ünsür asanlıqla bu işi görə bilər. Ən azı bölgədə panika və qarşılıqlı nifrət yaratmağa xidmət edən bu iyrənc addımı ata bilər. Qaldı ki, eyni fakt bir neçə rayonda baş verdiyinə görə bunun da məlum şəbəkənin işi olmasını daldalamağa ehtiyac yoxdur.
İnanmaq istəyirik ki, üzləri dəyişmiş və lakin izləri dəyişməyən bu adamlara qarşı ümummilli bir mübarizə başlanacaq. «Dəmir yumruq» bu dəfə daha qorxunc və daha irəli getmiş düşmənlərin başına enəcəkdir.
Biz Sizə inanırıq!
Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Mətbuat Xidməti