Təbrik: Tohid Məmmədov — 71

Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvü, Vətən müharibəsi veteranı Məmmədov Tohid Dilən oğlu 01.09.1950-ci ildə Bərdə rayonunun Mollalı kəndində anadan olub.


Müharibə veteranı Tohid Məmmədovun 71 yaşı tamam olur.


O, 1972-ci ildən 2003-cü ilədək Daxili İşlər orqanlarında müxtəlif vəzifələrdə çalışmışdır. 1992-1994-cü illərdə Ağdam rayonu uğrunda gedən döyüşlərdə yaxından iştirak edib.

2000-ci ildə Müəllimlər İnistitutu Sumqayıt şəhər filialında baş müəllim olaraq çalışıb. 88 elmi məqalənin müəllifidir. 20 ildən artıqdır ki, gənc nəslin vətənpərvər ruhda tərbiyyəsi ilə məşğuldur.


Tarix üzrə fəlsəfə doktoru, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvü, Vətən müharibəsi veteranı Məmmədov Tohid Dilən oğlu hazırda çalışdığı Sumqayıt Dövlət Universitetinin (SDU) rektorunun qanunsuz əməllərindən müxtəlif dövlət qurumlarına müraciətlər edir. Müharibə veteranı işlədiyi universitetdə haqsızlıqla üzləşib. Bu barədə Fedai.az saytında məlumat vermişdik: https://fedai.az/?p=42502&fbclid=IwAR03fr90V16NBHZ1XJGsF6cZ1Gn3O_cfbfjLdEUPgNE87o4fc1HkOvmP-64


T. Məmmədovun «Azərbaycan Respublikasının Beynəlxalq cinayət polisi təşkilatı və onun «İnterpol» sistemində fəaliyyəti» adlı kitabı işıq üzü görüb. Birliyin fəaliyyətində fəal iştirak edən veteran kimi AVMVİB-nin təsis etdiyi Xatirə medallarıyla təltif edilib.

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Rəhbərliyi və AVMVİB Sumqayıt şəhər şöbəsi rəhbərliyi Tohid Məmmədovu ad günü münasibətiylə təbrik edir, uzun ömür və can sağlığı arzulayır.


100 yaşa, Tohid bəy!


Bütün gözəlliklər sizin olsun!


AVMVİB və AVMVİB Sumqayıt şəhər şöbəsi rəhbərliyi

Bu xəbəri paylaşın: