“Rusiyanı, 10 noyabr bəyanatı ilə nəzərdə tutulduğu kimi, Azərbaycanı əsirləri azad etməyə məcbur etməməkdə günahlandırdıqlarına görə Lavrov bildirdi ki, öz öhdəliklərini yerinə yetirib və bəyanatın imzalanmasından əvvəl əsir götürülmüş şəxslər qaytarılıb, onlar daha öhdəliklərə sahib deyillər”.
Bunu erməni politoloq Stepan Danielyan deyib.

Danielyanın sözlərinə görə, Azərbaycanın indi bir neçə məqsədi var, birincisi anklavlar və yollar məsələsidir, ikincisi Qarabağ məsələsinin mədəniyyət və milli müxtariyyət platformasına köçürülməsi üçün ərazi bütövlüyünü tanımaq tələbidir.
O qeyd edib ki, Rusiya sülh müqaviləsi üzrə Ermənistan-Azərbaycan debatına açıq şəkildə daxil olmaq istəmir.
Mənbə: EDNews.net