General-mayor Kamo Vardanyan Arayikin qudur dəstələrinə komandanı təyin edilib.
General əvvəllər ordu qərargah rəisi və komandirin birinci müavini vəzifələrində çalışıb. Vardanyanı bu vəzifədə öz ərizəsi ilə vəzifəsindən azad edilən general -leytenant Mikael Arzumanyan əvəz edib.

Kamo Vardanyan 18 mart 1966 -cı ildə Xocavənd rayonunun Norshen kəndində anadan olub. 1 fevral 1992 -ci ildən separatçı terrorçuların tərkibində Azərbaycana qarşı döyüşüb.
2006 -cı ildə isə bu terrorçu-separatizmi dəstəkləyən və yaradan Rusiyanın Silahlı Qüvvələrinin Akademiyasını, 2019 -cu ildə Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Hərbi Akademiyasını bitirib.
General Vardanyan 1992-1994-cü illərdə ilk Qarabağ müharibəsində, 2016-cı ilin aprel döyüşlərində və 2020-ci ilin payızında 44 günlük müharibədə iştirak etmişdir. Həbs olunması üçün yetərincə «xidmətləri» var.
P.S. Belə çıxır ki, bundan sonra hər 3 rayon birləşib bir müdafiə naziri və ya bir Arayik qoyacaqlar?