Şöbə sədri çağırış etdi

Hələ 44 günlük Vətən müharibəsi öncəsi və bu gün də ordumuza vacib olan ləvazimatların daşınmasında böyük rolu olan Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zəngilan rayon şöbəsinin sədri Azad Musayev çağırış edib.

Çağırışda deyilir:

  • Hörmətli dostlar və Azərbaycanımın qeyrətli oğlanları!!!

Bu şəkildə gördüyünüz dəmir çəlləklər (boçkalar) bizim Ordu üçün lazımdır. Kimdə varsa, kimin dostunda varsa təşkil eləsin, Kəlbəcərdən Laçına qədər olan postlarımıza yanacaq daşınacaq.

Kəlbəcərdən zəng vurmuşdular. Qış hazırlığı görürlər. 150-200 ton yanacaq daşınmalıdır. O bölgələrdə qış sərt keçdiyi üçün yanacaq bu boçkalarda daşınmalıdır ki, bütün Kəlbəcər- Laçın istiqamətində olan postlara qar yağmadan çatdırılsın.

Azad Musayev

Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyi (AVMVİB) Zəngilan rayon şöbəsinin sədri

Bu xəbəri paylaşın: