Beyləqan polisi kimləri qoruyur?

Ağdam rayonundan məcburi köçkün və şəhid atası Qədimov Rəhim Yadigar oğlunun tövləsiin, 1500 bağ otunun və quzularının yandırılması barədə məlumat vermişdik. Həmçinin məlumatda bildirmişdik ki, yanğında günahı olan tərəfin polis olmasına görə bu isə baxan yoxdu.


Yanğının qonşu tərəfindən törədildiyi təsdiqlənsə də on dəyən zərəri cüzi məbləğlə ört-basdır etməyə çalışırlar. Yanmış tövlələr, 40 baş quzu və 1500 ədəd ot bağının qiymətini hər halda Beyləqan rayon Polis şöbəsinin rəisi və onun şəhid anasına «gözüm aydın şəhid anasısan, çıx rədd ol kabinmetdən» deyə bilən müavini Taleh Hüseynov yaxşı bilir. Əgər «hesab müəllimləri» zəif olubsa, biz 80 minlik veteranlar ordusu adından Azərbaycan Respublikası Daxili İşlər naziri, daim müharibə veteranlarına və şəhid ailələrinə göstərdiyi diqqət və qayğıyla örnək olan general polkovnik cənab Vilayət Eyvazova müraciət edərək şəhid ailəsini dinləməyi xahiş edəcəyik.


Xatırladaq ki, Rəhim Qədimovun oğlu şəhid Zülfü Qədimov Azərbaycan ordusunun əfsanəvi kəşfiyyatçılarından olub.


Amma Beyləqan rayon Polis şöbəsi təkcə şəhud ailələrinə deyil, elə müharibə əlillərinə də eyni münasibət bəsləyir. Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin (AVMVİB) üzvü II qrup Vətən müharibəsi əlili Əlkərəm Ələkbərov rayonda dələduzluq qurbanı olması barədə Polis şöbəsinə müraciət etdiyini və onun şikayətinə baxmaq əvəzinə dələduzu müdafiə etdiklərini bildirib.

Rüfət Ələkbərli adlı şəxs onun pensiya kartını ona Əmək və Əhalinin Sosial Müdafiəsi nazirliyindən maşın və ev düzəltmək adıyla ələ keçirib, müharibə əlilinə 28 min manat zərər vurub. Polisin müdaxiləsiylə pensiya kartını geri alsa da ondan alınmış 28 min manatın taleyi qaranlıq qalmaqdadır.


Müharibə əlili Ə. Ələkbərov bildirir ki, Rüfət Ələkbərli adlı şəxs bir — neçə nəfəri bu şəkildə aldatdığını polis yaxşı bilir və bir neçə nıfərin pulu alınaraq geri qaytarılıb. Amma çətinliklər içində yaşamağıma baxmayaraq mənim şikayətimə baxılmır. Ona görə də aidiyyatlı orqanlara müraciətlər etmişəm. Lakin cavablar elə rayon polis şöbəsinə göndərilir.

Azərbaycan Respublikası Baş Prokrorluğu DİO-nun İstintaq,Təhqiqat və Əməliyyat -axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsindən də verilən məlumata görə, Beyləqan rayon Polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi Elton Ağayev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.4-cü maddəsiylə 210310031 nömrəli cinayət işi başlamış, 10 may 2021-ci ildəcinayət işinin icraatı müstəntiq Rəşad Novruzova həvalə edilmişdir.


Lakin bu günədək müstəntiq öz işiylə, müharibə əlillərinə qarşı dələduzluq etmiş Rüfət Ələkbərli isə öz işiylə məşğul olmuşdur. Üstəlik öz cinayət əməllərini genişləndirərək bankdan əlilin pensiyasını hansısa yolla başqa-başqa kartlara köçürməyə nail olmuşdur. Yəni R. Ələkbərli bu çirkin əməllərində bankı da şərik edib. Bu üzdə olan cinayəti açmaq və dələduzu cəzalandırmaq əvəzinə istintaqı uzatmaqda müstəntiqin nə marağı var?


Ümid edirik ki, müharibə əlili Əlkərəm Ələkbərovun şikayətinə aidiyyatlı qurumlar, Respublika Baş Prokurorluğu, DİN münasibət bildirəcəkdir. Həmçinin şəhid ailəsinə dəymiş zərərin ödənilməsi üçün tədbirlər görüləcəkdir.


Mövzuya qayıdacağıq.


E. Səlim

Bu xəbəri paylaşın: